BAKI, 27 may. TELEQRAF
Azərbaycanda mayın 1-i tarixinə bank sektorunda ən çox kredit qoyuluşu Bakı şəhəri üzrə reallaşıb. Paytaxtda ilin 4 ayında 21 milyard 495 milyon manat məbləğində kredit verilib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Bank sektorunun regionlar üzrə kredit qoyluşunda ikinci sırada 1 milyard 133 milyon manatla Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb.
Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 835 milyon, Lənkəran-Astara iqtisadi rayonu üzrə 668 milyon, Mərkəzi Aran iqtisadi rayonu üzrə isə 564 milyon manat məbləğində kredit qoyulub.