BAKI, 27 may. TELEQRAF
Ötən il icra olunmuş 21.3 milyard manat məbləğində cari xərclərin 90 faizi və ya 19.2 milyard manatı qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanıb.
Teleqraf xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Bu, bizim üçün önəmlidir. Gələcək maliyyə sabitliyimizi qorumaq baxımından əsas hədəfimiz büdcənin cari xərclərinin məhz qeyri-neft gəlirləri hesabına qarşılanmasıdır. 2026-cı il və növbəti 3 ilin büdcəsini təqdim edən zaman bunun üzərində işləyəcəyik və yaxın gələcəkdə cari xərclərin 100 faizini qeyi-neft-qaz sektoru üzrə qarşılamağı hədəfləyirik", - deyə nazir qeyd edib.