BAKI, 27 may. TELEQRAF

2024-cü ilin dövlət büdcəsindən dövlət müəssisələrində satış tariflərinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə (istilik təchizatı, lift təsərrüfatı üzrə qiymət tarifləri) yaranmış zərərin örtülməsi üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə 46,5 milyon manat ödənilib.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Liftlərin istismarı, onların təmiri, xidmət edilməsi və maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə yaranmış zərərin örtülməsi üçün 7,6 milyon manat, dövlət balansında olan yaşayış binalarının saxlanılması xərcləri üzrə yaranan zərərin örtülməsi üçün 46,2 milyon manat subsidiya verilib.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.