BAKI, 23 may. TELEQRAF

2024-cü ildə Azərbaycan Beynəlxalq Bankı (ABB) Mərkəzi Bankda yerləşdirdiyi 1,509,510 min AZN məbləğində depoziti vaxtından əvvəl geri qaytarıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın maliyyə hesabatında qeyd olunub.

Bildirilib ki, 2024-cü ildə hərracdan kənar qaydada cəlb edilmiş depozit üzrə illik faiz dərəcəsi 3% təşkil edib. İlkin tanınma zamanı depozit Mərkəzi Bankın 6.5% səviyyəsində “faiz dərəcəsi dəhlizi”nin aşağı həddi tətbiq edilməklə hesablanmış ədalətli dəyərlə qeydə alınib. 31 dekabr 2024-cü il tarixinə bu depozitlərin amortizasiya olunmuş balans dəyəri sıfıra bərabər olub.