BAKI, 23 may. TELEQRAF
2024-cü ildə Mərkəzi Bankın Beynəlxalq Valyuta Fondu ilə əməliyyatlar üzrə öhdəlikləri 1,175,186 min manat təşkil edib. Bu göstərici 2023-cü ildə 1,211,857 min manat olub. Tənzimləyicinin BVF qarşısında öhdəlikləri 3.03% azalıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın maliyyə hesabatında qeyd olunub.
Bankın beynəlxalq maliyyə institutları qarşısında öhdəlikləri 2024-cü ildə 1,223 min manat, 2023-cü ildə 1,706 min manat olub. Bu istiqamətdə 28.3% azalma olub.