BAKI, 23 may. TELEQRAF

Mərkəzi bankın 2024-cü ildə xarici valyuta əməliyyatları üzrə xalis gəliri 1 milyon 218 min manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın maliyyə hesabatında qeyd olunub.

Bankın 2023-cü ildə xarici valyuta əməliyyatları üzrə xalis gəliri 914 min manat təşkil edib. Beləliklə tənzimləyicinin xarici valyuta əməliyyatları üzrə xalis gəliri illik müqayisədə 33,25% artıb.

Tənzimləyicinin 2024-cü il üzrə mənfəəti 721,484 min, il ərzində xalis gəliri 110,680 min, il üzrə sair məcmu zərər 28,664, gəlir isə 692,820 min manat olub.