BAKI, 17 may. TELEQRAF
ABŞ və Aİ-nin bu il tətbiq etdiyi sanksiyaların yumşaldılmasından sonra Suriya hakimiyyəti Rusiyada yeni əskinasların buraxılmasından imtina edəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Suriya BƏƏ və Almaniyada yenilənmiş əskinasları almaq niyyətindədirlər.
2000 funtluq əskinasdan 2024-cü ilin dekabrında hakimiyyətdən getmiş Suriyanın keçmiş lideri Bəşər Əsədin şəkli silinəcək.
Qərbin sanksiyaları nəticəsində Suriya hökuməti 10 ilə yaxındır ki, valyutasını Rusiyada çap etdirir.
Qeyd olunur ki, hazırda Suriyada nağd pul çatışmazlığı var. İnsanlar banklardan pul çıxara bilmədikləri üçün depozit qoymaqdan imtina edirlər.