BAKI, 25 aprel. TELEQRAF.

Bu ilin birinci rübündə Azərbaycanda həyat sığortası bazarı keçən illə müqayisədə böyüyb.

Teleqraf xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı hesabata görə, həyat sığortası üzrə yığımlar 202,3 milyon manat olub.

Bu, keçən illə müqayisədə 15 faiz çoxdur.

Bunun 178,1 milyon manatı könüllü həyat sığortası, 24,2 milyon manaatı isə icbari həyat sığortası üzrə yığılıb.

Qeyri-həyat sığortası üzrə isə yığmlar azalıb. Belə ki, bu ilin birinci rübündə keçən illə müqayisədə bu sığorta üzrə yığımlar 0,2 faiz azalaraq 196,8 milyon manat olub.

Bunun 129,8 milyon manatı könüllü sığortalar, 67 milyon manatı isə icbari sığortalar üzrə olub.

Həyat sığortası üzrə ödənişlər 12,7 faiz artaraq 109,5 milyon manat, qeyri-həyat sığortası üzrə isə 2,9 faiz azalaraq 54,5 milyon manat olub.