BAKI, 17 aprel, TELEQRAF

Qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək bir unsiyası üçün 3354,4 dollara çatıb.

Teleqraf xəbər verir ki, bu barədə “Comex” birjası məlumat yayıb.

Eyni zamanda, Londonun ICE birjasında 2025-ci ilin iyun ayında tədarük edilən “Brent” markalı neftin fyuçerslərinin qiyməti 1,63% artaraq bir barel üçün 65,91 dollar təşkil edib. Bu ilin iyun ayında WTI markalı xam neftin fyuçerslərinin qiyməti 2,37% artaraq 62,56 dollar/barelə bərabər olub.