TBİLİSİ, 15 aprel. TELEQRAF

Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 9,95 milyon ABŞ dolları köçürülüb.

Teleqraf-ın yerli bürosu bu barədə Gürcüstanın Milli Bankına istinadla xəbər verir.

İllik müqayisədə pul köçürmələrinin həcmində 5,3% azalma qeydə alınıb.

Hesabat dövründə ən çox pul köçürmələri 3,42 milyon ABŞ dolları olmaqla mart ayının payına düşüb.

Yanvar-martda Gürcüstandan Azərbaycana göndərilən pul vəsaitlərinin həcmi isə 11,75 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,1% çoxdur.

Bankın mart ayı üzrə məlumatına əsasən, ötən ay Gürcüstana xarici ölkələrdən ümumilikdə 291,86 milyon ABŞ dolları həcmində pul köçürmələri daxil olub. Gürcüstandan xarici ölkələrə göndərilən pul köçürmələrinin məbləği isə 32,1 milyon ABŞ dolları təşkil edib.