TBİLİSİ, 14 aprel. TELEQRAF

Gürcüstanın Azərbaycana hazırkı borcu 585 min ABŞ dolları təşkil edir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Bu ilin mart ayının 31-nə olan məlumata əsasən, borcun həcmi fevral ayı ilə müqayisədə dəyişməz qalıb. Yanvar ayında isə borcun həcmi 1,151 milyon ABŞ dollarına bərabər olub.

Sənədə əsasən, Gürcüstanın ümumi xarici dövlət borcu 8,7 milyard ABŞ dolları təşkil edir ki, bunun da 8,3 milyard ABŞ dolları hökumətin payına düşür.

Gürcüstanın digər qonşu ölkələrə - Türkiyə, Rusiya və Ermənistana olan hazırkı borclarının məbləği müvafiq olaraq 1,139 milyon ABŞ dolları, 3,997 milyon ABŞ dolları və 516 min ABŞ dollarına bərabərdir.