
BAKI, 12 aprel. TELEQRAF
Ötən gün xarici kiber müdaxilə zəngləri ilə ayrı-ayrı vətəndaşların bank kartlarından 7450, 1650, 900, 445, 407, 380, 100, 102, 70, 68, 62, 46 manat pul vəsaitlərini oğurlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, 11 680 manat pul vətəndaşların bank kartlarından kiber üsulla oğurlanıb:
“Pullar ona görə oğurlanıb ki, məxfilik daşıyan, şəxsi məlumatları naməlum şəxslər aldadıb alıblar. Cinayətkar üçün məbləğin fərqi yoxdur, hesabda nə varsa, talayır. Bir daha xatırladırıq: naməlum şəxslərlə bank kartları ilə əlaqəli olan danışıq aparmayın, yazışmayın və bloklayın”, deyə E.Hacıyev paylaşımında qeyd edib.