
BAKI, 17 mart. TELEQRAF
2025-ci il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 29 milyard 325,3 milyon manat təşkil edib.
Teleqraf xəbər verir ki, bunun 24 milyard 448,2 milyon manatı uzunmüddətli kreditlərdir.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,6 faizini təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2025-ci il fevral ayının 1-nə 14698,7 milyon manat olub.
Qeyd edək ki, yanvar ayının 1-nə ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,5 faizini təşkil edib.