
BAKI, 15 mart. TELEQRAF
2024-cü ildə "A-Qroup Sığorta"nın debitor borcları artıb.
Teleqraf sığorta şirkəti ilə bağlı müstəqil auditor şirkətinin hesabatına istinadən xəbər verir ki, "A-Qroup Sığorta"nın debitor borcları 2023-cü ildəki 3 milyard 478 milyon 745 min manatdan 2024-cü ildə 4 milyard 101 milyon 205 min manata yüksəlib.
Paralel olaraq şirkətin pul vəsaitləri də azalıb. Pul vəsaitləri 2023-cü ildəki 12 milyard 029 milyon manatdan ötən il 10 milyard 975 milyon manata düşüb.
"A-Qroup Sığorta"nın əsas əməliyyat gəlirlərində ötən ilin əvvəli ilə müqayisədə ilin sonuna 2,47 milyard manat azalma baş verib.
Əgər 2023-cü ildə şirkətin ümumi gəlirləri 25 milyard 281 milyon manat olmuşdusa, 2024-cü ildə bu rəqəm 21 milyard 676 milyon manat təşkil edib. Beləliklə "A-Qroup Sığorta"nın xalis mənfəəti 2024-cü ildə 2023-cü ildəki 698 milyon 897 min manatdan 143 milyon 221 min manata düşüb. Bu da 4,9 dəfə azalma deməkdir.
Qeyd edək ki, 1995-ci ildə yaradılan “A-Qroup Sığorta Şirkəti” uzun illərdir ki, Azərbaycanda könüllü tibbi sığorta bazarında 17 sığorta növləri üzrə xidmət göstərir. Nizamnamə kapitalı 10.005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.