Rusiya Bankı son bir həftə ərzində ölkənin beynəlxalq ehtiyatlarının 6,1 milyard dollar artaraq 634,6 milyard dollara çatdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, fevralın 14-nə ehtiyatların həcmi 628,5 milyard dollar təşkil edib.

Rusiya Bankının və hökumətinin sərəncamında olan beynəlxalq ehtiyatlar yüksək likvidli xarici aktivlərdən, xarici valyutada olan vəsaitlərdən, qızıldan ibarətdir.

Qeyd edək ki, artım Qərb ölkələrinin Rusiya Bankına qarşı sanksiyaları fonunda baş verib. Bu sanksiyalara Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatlarının dondurulması ilə yanaşı, Mərkəzi Bankın ehtiyatlarının və aktivlərinin idarə olunması ilə bağlı bütün əməliyyatların qadağası daxildir.