
BAKI, 19 fevral. TELEQRAF
2024-cü ilin yanvar-dekabr aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,1 faiz artaraq 8335,8 milyon manat olub.
Bu barədə Teleqraf-a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 7 milyard 295,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 87,5 faizi deməkdir.
Qeyd edək ki, 2024-cü ildə ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü illə müqayisədə real ifadədə 8,6 faiz artaraq 12 milyard 885,5 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 9 milyard 698,8 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,3 faizi deməkdir.
Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ölkə üzrə ümumi dəyərin təxminən 64,69%-ni təşkil edib.