BAKI, 17 fevral. TELEQRAF

"Morgan Stanley" 2025-ci ilin birinci rübündə dollar/lirə məzənnəsinin 36,50 lirədən, ilin ikinci rübdə 38 lirədən, üçüncü rübdə 39,50 lirədən, ilin sonunda isə 41 lirədən realizə ediləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, agentlik lirə dollar məzənnəsinin 2026-ci ilə 41 lirədən başlayacağını proqnozlaşdırıb. Gələn ilin sonuna dollar 44 lirədən mübadilə ediləcək.

Qeyd edək ki, bu ay ilin əvvəli ilə (35,3663 TL) müqayisədə dollar lirəyə nisbətdə 2,12 faiz bahalaşıb.