BAKI, 23 noyabr. TELEQRAF

İtaliya və Azərbaycan süni intellekt sahəsində səmərəli əməkdaşlıq edə bilər. Hazırda bu sahədə məlumat mərkəzlərinin yaradılması üzrə mümkün əməkdaşlıq imkanlarını araşdırırıq.

Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkəsi Avropanın bir sıra nəhəng istehsal mərkəzlərinin (meqafabrikalarının) iştirakçısı olmaq üçün çalışır:

“Buna görə də əməkdaşlığımızın Avropa ilə Azərbaycan arasında da inkişaf etməsini istəyirik. Bu istiqamətdə sizin səfiriniz olmaq niyyətindəyik.
Kibertəhlükəsizlik və strateji infrastrukturun qorunması da mühüm məsələlərdəndir.

Biz iki tamamlayıcı ölkəyik. İqtisadi sistemlərimiz bir-biri üçün faydalı ola bilər. İtaliya Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə və bütün sektorlarının inkişafına töhfə verə bilər”.