BAKI, 24 noyabr. TELEQRAF
İtaliyanın “Milan” klubu İspaniya təmsilçisi “Real Madrid”in futbolçusu Endriki transfer etmək istəyir.
Teleqraf “Cadena SER”ə istinadən xəbər verir ki, Milan təmsilçisi qış transfer pəncərəsində braziliyalı hücumçunun keçidi üçün 70 milyon avro təklif etməyi planlaşdırır.
Məlumata görə, “Milan” 20 yaşlı oyunçunun transferi ilə bağlı qışda bütün imkanlarını səfərbər edəcək.
Endrikin agentləri yaxın günlərdə Madridə gələrək onun gələcəyi ilə bağlı klub rəhbərliyi ilə danışıqlar aparacaqlar.