BAKI, 23 noyabr. TELEQRAF
İtaliya Azərbaycana tikinti, aqrar-sənaye, maşınqayırma və dəmir yolu sektorlarında yüksək keyfiyyətli məhsul və xidmətlər təklif edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycanın dəmir yolu sektoruna və yeni infrastrukturun yaradılmasına yatırdığı investisiyalar barədə məlumatlıdır:
“Bu sahədə böyük təcrübəyə və yüksək texnoloji imkanlara malik məhsullar təklif edə bilərik. İtaliyada sürətli qatarlar artıq yalnız vətəndaşlarımızın deyil, ölkəmizə gələn bütün turistlərin və iş adamlarının rahat hərəkətinin təminatına çevrilib.
Sualtı kabellər sektorunda da yüksək keyfiyyətli məhsullarımız və böyük şirkətlərimiz var".