BAKI, 24 noyabr. TELEQRAF

ABŞ-ın çip istehsalçısı “Nvidia” şirkətinin səhmləri bazar ertəsi “Nasdaq” birjasında keçirilən ticarət sessiyasının yekununda 31,73 faiz bahalaşıb.

Teleqraf xəbər verir ki, təqdim olunan birja məlumatlarına əsasən, şirkətin səhmlərinin qiyməti 165,36 dollara yüksəlib.

Ticarət sessiyası ərzində səhmlərin qiyməti bir ara 36,62 faiz artaraq 171,5 dollara çatıb.

Məlumata görə, kəskin bahalaşma “Nvidia”nın təsisçisi Censen Huanqın şirkətin baş direktoru vəzifəsinə qaytarılması fonunda baş verib.

Noyabrın 21-də “Nvidia” bazar kapitallaşmasına görə dünyanın ən bahalı üç şirkəti siyahısından çıxaraq üçüncü yeri “Google”un ana şirkəti “Alphabet”ə vermişdi.

Huanqın vəzifəsinə qaytarılmasından sonra isə “Nvidia”nın yenidən ilk üçlüyə daxil olduğu, hətta ikinci yerə yüksəldiyi bildirilir.

“Business Insider”in məlumatına əsasən, Huanqın vəzifədən ayrılmasından sonra şirkətin bazar dəyəri təxminən 1,04 trilyon dollar azalmışdı.

Noyabrın 23-də direktorlar şurasının qəbul etdiyi qərardan sonra bu itkilərin böyük hissəsinin bərpa olunduğu bildirilir.

Ticarət sessiyasının sonunda “Nvidia”nın bazar kapitallaşmasının 976 milyard dollar artaraq 3,99 trilyon dollara çatdığı qeyd olunur.

Xatırladaq ki, Censen Huanq noyabrın 12-də Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən qadınla münasibətləri ətrafında yaranmış qalmaqal fonunda şirkətin rəhbərliyindən və direktorlar şurasından ayrılmışdı.

Daha sonra “Nvidia”nın direktorlar şurası onun baş direktor və prezident vəzifələrinə qaytarılması barədə yekdilliklə qərar qəbul edib.