BAKI, 24 noyabr. TELEQRAF

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, əsgər Kərimov Rəhman Rauf oğlu müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada uzun sürən ağır xəstəlikdən vəfat edib.

Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.

"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda qeyd olunub.