BAKI, 24 noyabr. TELEQRAF

Avropada sülh və sabitliyin təmin olunması yalnız Rusiya ilə əməkdaşlıq yolu ilə deyil, ona qarşı dayanmaqla mümkündür.

Teleqraf xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Berlində keçirilən NATO Parlament Assambleyasındakı çıxışında bildirib.

“Təəssüf ki, etiraf etməliyik ki, Avropada sülh və sabitlik Rusiya ilə birlikdə deyil, yalnız ona qarşı dayanmaqla mümkün olacaq. Bu, bizim vəziyyətə ayıq qiymətləndirməmizdir”, – nazir vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl ölkəsinin Avropa ilə müharibə istəmədiyini, lakin belə bir qarşıdurmaya hazır olduğunu bəyan edib.

Putin həmçinin Rusiyanın Birinci və İkinci Dünya müharibələrinin dərslərini yaxşı xatırladığını bildirib.