BAKI, 24 noyabr. TELEQRAF
Bakı Dövlət Universiteti (BDU) Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələrində dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edib.
Bu barədə Teleqraf-a universitetdən məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak etmək üçün sənədlər noyabrın 24-dən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən 1 ay müddətində qəbul edilir.