BAKI, 15 oktyabr. TELEQRAF
İşsizlik sığortası ilə bağlı tələblər və qaydalar sığorta şirkətləri tərəfindən hazırlanır. Hazırda bu sahədə requlyativ dəyişikliklər üzərində də işləyirik və yəqin ki, ilin sonunadək onları təqdim edəcəyik.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın direktoru Şahin Mahmudzadə 2026-cı ilin ilk 6 ayı üzrə "Maliyyə Sabitliyi Hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.
O qeyd edib ki, banklar üçün işsizlik sığortasının müştərilərə təklif edilməsi məcburi olacaq:
“Müştərilər isə bu sığortadan könüllü şəkildə yararlana biləcəklər. Bu mexanizm şəxslərin işsizlik riskindən sığortalanmasına kömək edəcək. Qaydalar çərçivəsində həm şəxsin öz istəyi ilə işdən ayrılması, həm də kütləvi ixtisarlar nəticəsində işsiz qalması ilə bağlı hallar təminat altına alınacaq.
Bu, eyni zamanda, bankların istehlak kreditləri üzrə risklərinin azaldılmasına xidmət edən bir alətdir. Nəticədə, verilən kreditlərlə bağlı müəyyən risklər sığorta sektoruna ötürüləcək”.