BAKI, 15 oktyabr. TELEQRAF
Azərbaycan müharibədə qalib gəldikdən və işğalçıları torpaqlarından qovduqdan sonra Ermənistana sülh təklif edib.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan 30 illik əzablara, soyqırımına, şəhər və kəndlərin dağıdılmasına görə Ermənistandan qisas almayıb:
“Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik”.
İlham Əliyev bildirib ki, Azərbaycan artıq bir ildən bir az çoxdur sülh şəraitində yaşayır.
O, bu sülhün hələ də kövrək olduğunu, onu qorumağın və möhkəmləndirməyin vacibliyini qeyd edib.