BAKI, 14 oktyabr. TELEQRAF
Azərbaycan və Laos, bu iki ölkə bir-birindən çox uzaqda yerləşsə də, məsafənin təklif etdiyindən daha çox ortaq cəhətləri var.
Teleqraf xəbər verir ki, bunu Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna bu gün Bakıda keçirilən Azərbaycan-Laos biznes forumunda deyib.
O bildirib ki, hər iki millət regionlar arasında körpü yaradır.
"Azərbaycan Xəzər dənizini, Mərkəzi Asiyanı və Avropanı Orta Dəhliz vasitəsilə birləşdirir. Laos isə quru sərhədləri olan ölkədən Asiyanın və Mekonq altregionunun mərkəzində yerləşən quru əlaqə mərkəzinə çevrilməkdədir. Laos-Çin dəmir yolu sərnişin və yükləri Çinin Kunminq şəhərindən Laosun Vyençan şəhərinə və oradan da Tayland, Malayziya və digər regionlara daşıyır. Eyni marşurut əks istiqamətə Cənub-Şərqi Asiyadan Çinə, Mərkəzi Avrasiyaya və Avropaya aid edilir", - o vurğulayıb.