BAKI, 15 oktyabr. TELEQRAF

Coğrafi olaraq Asiya və Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın bir çox dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığı regionda təhlükəsizlik sisteminə əsaslanan müstəqil xarici siyasətinin tərkib hissəsidir:

“Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqinə qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir”.