BAKI, 15 oktyabr. TELEQRAF

2026-cı ilin yarım ili ərzində maliyyə sektorunun aktivləri 7% artaraq 64,9 milyard manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov 2026-cı ilin ilk 6 ayı üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, bu da ümumi daxili məhsulun 50%-ə çatıb:

“Qeyri-neft ümumi daxili məhsulunun nəzərə isə bu göstərici 53%-ə çatıb. Dövr ərzində maliyyə sektorunun bütün seqmentləri üzrə artım müşahidə olunub. Bank sektorunun aktivləri maliyyə sektorunun 94%-ni təşkil edib.
Yarım il ərzində bank sisteminin aktivləri 6,8% artaraq 61 milyard manata çatıb. Sektorun balansının genişlənməsində fiziki şəxslərin müddətli depozitləri əsas rol oynayıb. Belə ki, dövr ərzində fiziki şəxslərin müddətli depozitlərində artım 10% təşkil edib".