BAKI, 14 oktyabr. TELEQRAF
Qeyri-neft-qaz sektorunda əmək müqavilələrinin sayı 1,067 milyonu ötüb
Azərbaycanda qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı ilin əvvəlindən 36 min artaraq 1 milyon 67 mini ötüb.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev III Milli Rəqabət Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, ölkə üzrə əmək müqavilələrinin 56,5 faizi qeyri-neft-qaz sektorunun payına düşür:
“Cari ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş 14,7 milyard manat investisiyanın 9,8 milyard manatı qeyri-neft-qaz sektoruna yatırılıb.
2021–2025-ci illərdə qeyri-neft-qaz sektorunda orta illik real artım təxminən 6 faiz təşkil edib. Cari ildə isə ÜDM-in 70,3 faizi bu sektorun payına düşüb”.