BAKI, 15 oktyabr. TELEQRAF
Azərbaycan 2023-cü ilin sentyabrında suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, 2023-cü ilin sentyabrında bir sutkadan da az müddətdə Ermənistan ordusunun Qarabağdakı işğalçı qüvvələri darmadağın edilib və separatizmə son qoyulub:
“Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri Azərbaycan məhkəməsi qarşısına gətirilib”.