2026-cı ilin yanvar-sentyabr aylarında Bakı Limanında təxminən 100 000 TEU həcmində konteyner daşınması həyata keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Limanı məlumat yayıb.

Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə (77 300 TEU) müqayisədə təxminən 30 faiz artım deməkdir və növbəti rekord göstərici kimi qeydə alınıb.

Cari ilin 9 ayı ərzində limanda aşırılmış ümumi yük həcmi 4 faiz artaraq 6,35 milyon tona yüksəlib. Həmçinin quru yük aşırmasının həcmi də 71 faizlik artımla 1,75 milyon tona çatıb.