BAKI, 14 oktyabr. TELEQRAF

2026-cı ilin yanvar-avqust ayları ərzində 5523 elektron satınalmanın həcmi 2 milyard 703 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə III Milli Rəqabət Forumunda qeyd edilib.

Bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə göstərici 10,3% artıb:

“Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş vəsait 454 milyon manat təşkil edib. Elektron satınalamalarda yeni iştirakçılarının payı isə 21,2% olub. Kiçik və orta biznes subyektlərinin ümumi satınalamalarda payı 79% təşkil edib”.