BAKI, 14 oktyabr. TELEQRAF
2026-cı ilin ilk 8 ayında bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 163 müraciət daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə III Milli Rəqabət Forumunda qeyd edilib.
Bildirilib ki, haqsız rəqabətə yol verilməklə rəqabət qanunvericiliyin pozulması halları üzrə araşdırmaya başlanılıb:
“Nəticədə 24 iş qaldırılıb. Maarifləndirmə tədbirlərinin nəticəsi olaraq 15 bazar subyekti aşkar edilmiş pozuntu hallarını könüllü aradan qaldırıb.
Qeyd edilən dövrdə iqtisadi təmərküzləşmə əməliyyatları üzrə 43 müraciət daxil olub. Bu müraciətlər əsasən hüquq informasiya-kommunikasiya texnologiyaları, tikinti, enerji istehsalı və digər sahələrlə bağlı olub. Qanunsuz reklamların yayımı ilə bağlı 231 müraciət daxil olub. Təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə bağlı müraciətlərin sayı 865 təşkil edib. Təbii inhisarların fəaliyyətinə dövlət nəzarəti sahəsində 7 araşdırma aparılıb, 2 iş qaldırılıb. Razılıq alınması tələb olunan hərəkətlər üzrə 10 müraciət daxil olub, onların 6-na razılıq verilib”.