BAKI, 15 oktyabr. TELEQRAF

Bərdə sakini sirkə turşusundan zəhərlənərək ölüb.

Teleqraf xəbər verir ki, hadisə 1 saylı Kliniki Tibb Mərkəzində baş verib.

İlkin məlumata görə, 1976-cı il təvəllüdlü Turanə Qurbanova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Bakı şəhərinə göndərilib.

Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.