BAKI, 15 oktyabr. TELEQRAF

Bu gün Laos Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzv olub.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə bildirib.

İlham Əliyev bu hadisənin AQEM-in platforma kimi artan əhəmiyyətini və inkişafını göstərdiyini vurğulayıb.

Dövlət başçısı qərarın Azərbaycanın AQEM-ə sədrliyi dövründə, Bakı Zirvə Görüşü çərçivəsində qəbul edilməsini yüksək qiymətləndirdiyini qeyd edib.