BAKI, 15 oktyabr. TELEQRAF
Mərkəzi Bank üçün mühüm məsələ isə əhalinin həddindən artıq borclanmasıdır. Bu Mərkəzi Bankın daimi diqqət mərkəzindədir və buna müvafiq makroprudensial siyasət formalaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov 2026-cı ilin ilk 6 ayı üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.
O bildirib ki, illər ərzində həyata keçirilən makroprudensial siyasət çərçivəsində istehlak kreditlərinin artımı əsasən aşağı borclanmış əhaliyə doğru, yəni borcun gəlirə nisbəti 45%-dən aşağı olan borcalanlar üzrə baş verib.