BAKI, 3 avqust. TELEQRAF

"Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti Londonun ICE birjasında iyulun 13-dən bu yana ilk dəfə olaraq bir barel üçün 82 dollardan aşağı enib.

Teleqraf xəbər verir ki, "Brent" neftinin qiyməti 6,74 faiz azalaraq 82 dollara düşüb.

Saat 01:10-a olan məlumata əsasən, qiymət enişi zəifləyərək bir barel üçün 82,89 dollar təşkil edib. Bu zaman azalma 5,73 faiz olub.