BAKI, 3 avqust. TELEQRAF
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) Oman sahillərində tankerin yaxınlığında partlayış baş verdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə UKMTO-nun yaydığı bəyanatda bildirilib.
Məlumata görə, hadisə Omanının Xasab şəhərindən 20 kilometr şimal-şərqdə baş verib. Tankerin kapitanı gəminin yaxınlığında partlayış səsi eşitdiyini bildirib.
Qeyd olunub ki, gəmi və heyət üzvləri təhlükəsiz vəziyyətdədir.
Hadisə ilə bağlı araşdırmaya başlanılıb.