BAKI, 31 iyul. TELEQRAF
İllik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5.8% təşkil edib.
İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.1%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 3.8% olub. İllik baza inflyasiya 5.5% təşkil edib.