BAKI, 31 iyul. TELEQRAF

"Cari əməliyyatlar balansının (CƏB) 2026-2027-ci illərdə profisiti müvafiq olaraq 6,1, 5,2 milyard dollar olacağı gözlənilir".

Teleqraf xıbır verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qəbul olunmuş qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib:

"Mərkəzi Bankın 2026-cı ilin sonuna və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu artım istiqamətində dəyişdirilib. Bunun əsasə səbəbi iyun proqnozlarımızda enerji daşıyıcılarının qiymətlərinin yuxarı doğru reviziyasıdır".