BAKI, 3 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında sülh razılaşmasının əldə olunması üçün hər hansı son tarix müəyyənləşdirməyib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Vaşinqtona səfəri zamanı təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Görək, hər şey necə olacaq. Mən razılaşma əldə etmək istərdimmi? Mən insanları öldürmək istəmirəm”, - deyə ABŞ lideri bildirib.
Bununla yanaşı, Tramp ABŞ-ın “istənilən vaxt” İrana qarşı genişmiqyaslı zərbələr endirməyə hazır olduğunu bəyan edib.
Daha əvvəl ABŞ Prezidenti avqustun 3-də ABŞ və İran arasında sülh sazişi ilə bağlı danışıqların başlayacağını açıqlamışdı. O, həmçinin “Truth Social” platformasında Tehranın razılaşması naminə İrana qarşı planlaşdırılan güclü zərbəni ləğv etdiyini yazmışdı.
Trampın sözlərinə görə, İran və Yaxın Şərqin bir sıra ölkələri Vaşinqtondan hücumdan çəkinməyi xahiş edib, çünki tərəflər artıq gələcək razılaşmanın əsas konturlarını müəyyənləşdiriblər. ABŞ lideri bildirib ki, həmin razılaşma Hörmüz boğazının dərhal açılmasını və İranın nüvə təhdidinin aradan qaldırılmasını nəzərdə tutmalıdır.