BAKI, 3 avqust. TELEQRAF
Mərakeşin Daxili İşlər Nazirliyi İspaniyanın Aralıq dənizi sahilində yerləşən muxtar şəhəri Seutada qeyri-qanuni miqrantların kütləvi axını zamanı 11 nəfərin həlak olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, nazirlikdən bildirilib ki, onlardan biri Seuta yaxınlığındakı qayalıq ərazidən yıxılması nəticəsində ölüb, daha 10 nəfər isə boğulub.
Nazirlik qeyd edib ki, Mərakeş hakimiyyəti İspaniya tərəfi ilə rəsmi əməkdaşlıq çərçivəsində digər mümkün ölüm halları ilə bağlı məlumatları yoxlamaqda davam edir. Eyni zamanda, zərərçəkənlərin dəqiq sayı, şəxsiyyəti və vətəndaşlığı müəyyənləşdirilir ki, zəruri hüquqi, inzibati və humanitar prosedurlar başa çatdırılsın.
Xatırladaq ki, İspaniya hökuməti ölən miqrantların sayının 60 nəfərdən çox olduğunu açıalayıb.