BFB-də İpoteka və Kredit Zəmanət Fondunun 50,000,000 manat həcmində sənədsiz adlı, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fonddan Teleqraf-a verilən məlumata görə, istiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılmış və tam şəkildə yerləşdirilib. İstiqraz üzrə faiz dərəcəsi 3.25% təşkil edir.

Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun sənədsiz adlı, faizli istiqrazlarının Emissiya prospekti 08 may 2026-cı il tarixində qeydə alınıb.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilib.