BAKI, 31 iyul. TELEQRAF

Xarici sektor göstəriciləri əlverişli olaraq qalır.

Teleqraf Mərkəzi Bankaa istinadən xəbər verir ki, 2026-cı ilin I yarısında ölkənin xarici ticarətində 8 mlrd. ABŞ dollarına yaxın məbləğdə müsbət saldo qeydə alınıb.

İlkin məlumatlara görə, yanvar-iyun aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 540.6 mln. ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 82.8% artıb.

Mərkəzi Bankın 2026-cı ilin sonuna və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu artım istiqamətində dəyişdirilib. Bu, cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə bağlıdır.