BAKI, 31 iyul. TELEQRAF

Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, 2026-cı ilin 6 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 482 mln. ABŞ dolları üstələyib.

Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.8 faiz bəndi azalaraq 2026-cı ilin iyununda 25.6%-ə enib.

Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə əhəmiyyətli artdığı şəraitdə Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib.