BAKI, 31 iyul. TELEQRAF
Mərkəzi Bankın monetar siyasətlə bağlı "B" və "C" planları var.
Teleqraf xəbər verir ki, bu fikirləri Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında deyib.
T.Kazımov qeyd edib ki, bu günkü pul siyasəti orta və uzun müddətdə bütün çağrışlara cavab verir:
""B" planı ehtimalı nə qədər yüksəkdir bunu daxildə müzakirə etmirik. B planına keçid üçün hər hansı səbəb yoxdu.Proqnozlar göstərir makro iqtisadi şərait "A" planını dəstəkləyir".