BAKI, 31 iyul. TELEQRAF

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.

Tənzimləyicidən Teleqraf-a verilən məlumata görə, faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də daxili maliyyə bazarında gedən proseslər nəzərə alınıb.

Bir tərəfdən inflyasiya proqnozunun yuxarı istiqamətdə dəyişdirilməsi pul siyasətinin sərtləşdirilməsini şərtləndirsə də, digər tərəfdən valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi yumşaq pul siyasətini dəstəkləyib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il sentyabr ayının 23-də ictimaiyyətə açıqlanacaqdır.