BAKI, 31 iyul. TELEQRAF
Mərkəzi Bankın baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiya 2026-cı ilin sonunda 6.1%, 12 ay sonra (yəni 2027-ci ilin iyun ayında) 6%, 2027-ci ilin sonunda isə 5.8% olacaq.
Qurumdan Teleqraf-a verilən məlumata görə, illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından hədəfə qayıdacağı gözlənilir.
Mərkəzi Bankın açıqlamasına görə, 2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən kənarlaşması proqnoz xətası səviyyəsindədir. İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin fəallaşmasından irəli gəlir ki, bu da ortamüddətli dövrdə qalıcı xarakter daşımır.
Qeyd edək ki, bundan əvvəl qurum illik inflyasiyanın 2026-cı ildə 5,9 %, 2027-ci ildə isə 4,5 % olacağını proqnozlaşdırmışdı.