BAKI, 31 iyul. TELEQRAF

Respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən 83 tibb müəssisəsinin rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarında əsaslı təmir işləri aparılacaq.

Teleqraf xəbər verir ki, “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs işləri görəcək şirkət seçir.

Qeyd edək ki, layihələrin ümumilikdə ilkin dəyəri 6,9 milyon manat qiymətləndirilib.